SON XƏBƏR

Balaca Fatimənin mərhəmətli insanlara ehtiyacı var

Avqust 11
00:56 2018
2012-ci il təvəllüdlü Fatimə Ələsgərova təcili əməliyyat olunmalıdır. Azyaşlı mikrosefaliya xəstəliyindən (beyinin natamam inkişafı-red) əziyyət çəkir.

Fatimənin anası Şəbnəm Ələsgərova Cebhe.info-ya açıqlamasında bildirib ki, həkimlər uşağın yeriməsi üçün əməliyyatının vacib olduğunu söyləyib:

"Ayağında vətəri uzatmaq lazımdır. Lakin maddi imkanımız yoxdur. Fatimənin əqli zəifdir, amma inkişaf edir. İrana apardıq, orada dərmanlardan verib, uşağı daha da keyitdilər. Bədəni daha da yatdı. Dedilər bu il yeriyəcək, gələn il yeriyəcək. Sən demə, massaj və idman lazım imiş".



Şəbnəm Ələsgərova bildirib ki, yoldaşı çörək sexlərinin birində gözətçi işləyir:

"Həyat yoldaşım günü 5-6 manata günaşırı gecə növbəsində olur. O pul da ancaq yeməyə çatır. Bizi dövlət xəstəxanasına yönəltdilər. Dövlət xəstəxanalarında da laporoskopik əməliyyat həyata keçirilmir. Bu əməliyyat yalnız özəl xəstəxanalarda keçirilir”.



Müalicəni və əməliyyatı davam etdirmək üçün maddi imkanı olmayan ailə imkanlı şəxslərdən kömək istəyib. Şəbnəm Ələsgərova övladının 2-ci qrup əlil olduğunu və buna görə dövlətdən 82 manat pensiya aldıqlarını da deyib:

"Ay ərzində 110-120 manat onun profilaktik müalicəsinə xərclənir. Həkimin yanına 2 aydan bir gedirik, qəbul 50 manatdır. Hər kurs müalicəsi üçün - 2 ayda bir 80 manat xərcləməli oluruq. İmkanlı şəxslərdən balam kömək olmalarını xahiş edirəm”.

Qeyd edək ki, Fatimə üçün Bank Respublikada hesab nömrəsi də açılıb. Ona yardım etmək istəyən insanlar aşağıdakı hesab vasitəsi ilə ödəniş edə bilərlər. Ödənişi MilliÖn və e-manat ödəniş terminalları vasitəsi ilə də etmək olar.

Şəbnəm Ələsgərovanın əlaqə nömrəsi: 077 540 79 87

Hesab nömrəsi: 380194403260722701

Ş/V seriya nömrəsi: 13781715
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook