SON XƏBƏR

Balababa Rzayevin oğlu iri şirkətlərin enerji borclarını sildirir? – İDDİA

İyun 02
23:53 2019
"Azərenerji” prezidentinin oğlu Fuad Rzayev və adamları iri şirkətlərin enerji borclarının silinməsi ilə məşğuldurlar.

"Azərişıq” ASC-dən "Azərenerji”ASC prezidenti vəzifəsinə təyinat alan Balababa Rzayev və oğlu haqqında məlumat var. Daxil olan ilginc məlumata görə Balababa Rzayev "Azərişıq” ASC rəhbərliyindən getməsinə baxmayaraq hələdə bu qurumda söz sahibliyini davam etdirir. Çünki hazırda "Azərişıq” ASC rəhbərliyinə təyinat gerçəkləşməyib. 

"Azərişıq” ASC-yə rəhbər təyin olunmamasında istifadə edən Balababa Rzayev öz adamları vasitəsi ilə quruma tam nəarət etdiyi idda edilir. Hətta həftənin bəzi günlərində Balababa Rzayevin keçmiş kabinetində əyləşdiyi və işlərə nəzarət etdiyidə deyilir. 

Daxil ilginc məlumatda isə qeyd edilir ki, Balababa Rzayevin oğlu Fuad Rzayev və yaxın adamları "Azərişıq” ASC-yə borclu olan bəzi şirkətlərin borclarının silinməsi əməliyyatları ilə məşğuldurlar. İddia edilir ki, xeyli miqdarda borcu olan bəzi şirkətlər problemlərini Fuad Rzayevin köməyi ilə yoluna qoyurlar. Saytımıza daxil olan məlumatda bildirilir ki, iri şirkətlərin yaranmış borcununun 50 faizinin nağd şəkildə Fuad Rzayevin adamlarına verilməsi halında həmin şirkətin borcu silinir. Borcları hansı əsasla və necə silinməsi ilə bağlı isə təfərrüatlı məlumat verilmir. Azeuronews.com başqa mənbələrdən borcların silinmə mexanizmini öyrənməyə çalışır.

Borc silmə əməliyyatında pul işinə Fuad Rzayevin yaxın adamlarının baxdığı və danışıqları onların apardığı bildirilir. 

Qeyd edək ki, "Azərenerji” ASC prezidenti Balababa Rzayevin oğlu Fuad Rzayev "General Boards System” – GBS Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərindən biridir. Həmin şirkət ölkəmizdə elektrik avadanlıqları istehsalı ilə məşğuldur.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Mənbə:Azeuronews.com 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook