SON XƏBƏR

Bal yarmarkasının açılışı təxirə salındı

Oktyabr 05
12:59 2018
Hava şəraitinin kəskin şəkildə dəyişməsi ilə əlaqədar Arıçılıq Məhsullarının 19-cu Respublika Sərgi-Satış Yarmarkasının açılış mərasimi təxirə salınıb.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov deyib.

O bildirib ki, hava şəraiti ilə əlaqədar iştirakçıların rahatlığını təmin etmək üçün açılış təxirə salınıb: "Təəssüf ki, hava şəraitinin kəskin şəkildə dəyişməsi proqramın planlaşdırdığımız kimi davam etməsinə şərait yaratmadı. Vətəndaşların və yarmarka iştirakçılarının rahatlığını təmin etmək üçün bal yarmarkasının açılış mərasimini təxirə salırıq. Açılış mərasimi barədə mediaya əlavə məlumat veriləcək".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook