SON XƏBƏR

Bakının mərkəzində atışma: ölən və yaralanan var

İyun 07
20:53 2019
Bakının Binəqədi rayonunda silahlı insident baş verib.

Qlobal.az xəbər verir ki, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb. 

Belə ki, naməlum şəxs "Mercedes" markalı avtomobilə atəş açıb. Nəticədə bir nəfər hadisə yerində ölüb, daha bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Hazırda cinayəti törədən və dünyasını dəyişən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. 
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook