SON XƏBƏR

"Bakının bu cür tədbirlər keçirmək sahəsində böyük təcrübəsi var" - Zatlers

Avqust 21
11:03 2017
"Gənclər Forumunun keçirilməsi çox gözəl ideyadır".

APA-nın məlumatına görə, bu sözləri Bakıda başlayan Qlobal Gəncd Liderlər Forumunda iştirak edən Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenkonun xanımı Katerina Yuşşenko deyib. O bildirib ki, belə forumlar savadlı gənclərə böyüklərin təcrübəsini öyrənmək imkanı yaradır: "Mən foruma 18 yaşlı qızımla qatılıram. Ona Azərbaycanın nə dərəcədə gözəl olmasını göstərməkdən məmnunam. Azərbaycan bu forumu çox gözəl təşkil edib".

Latviyanın keçmiş prezidenti Valdis Zatlers isə qeyd edib ki, Gənc Liderlər Forumu gənclərin müxtəlif ölkələrin mədəniyyətlərini daşıyan təcrübəli insanlarla görüşdüyü bir platformadır: "Bu forum sayəsində onlar müxtəlifliklərlə dolu dünyada gənclərin rolunu müəyyənləşdiririlər. Bakı bunun üçün ən gözəl məkanlardan biridir. Şəhərin bu cür tədbirlər keçirmək sahəsində böyük təcrübəsi var. Bu tədbir gənclərin də iştirakını özündə birləşdirən yeni ideyadır".

Qeyd edək ki, bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Gənc Liderlər Forumu başlayıb. Forumda iştirak etmək üçün bir neçə ölkənin sabiq prezidentləri, baş nazirləri, nüfuzlu ictimai və dövlət xadimləri Bakıya gəlib. Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, İsrailin sabiq prezidenti Dalia İtzik, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Serageldin, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin forumda iştirak edirlər. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook