SON XƏBƏR

Bakının avrokubokun finalını qəbul etmək şansı artdı

İyun 08
17:00 2017
UEFA Avropa kuboklarında 2018-2019 mövsümünün final oyunlarına namizəd şəhərlərin yekun siyahısını açıqlayıb.
 
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Çempionlar Liqasının final matçına 2 namizəd arena - Bakı Olimpiya Stadionu və İspaniyanın "Estadio Metropolitano" (Madrid) stadionu olduğu kimi qalıb.
 
Avropa Liqasının final görüşün təşkil etmək istəyən namizəd stadionların sayı isə 7-dən 3-ə düşüb. Bu turnirə namizədlər arasıda yekun siyahıda Bakı Olimpiya Stadionu, İspaniyanın "Ramon Sançes Pisxuan" (Sevilya) stadionu və Türkiyənin "Vodafon Park Stadyum”u qalıb.
 
UEFA Superkubokunun finalı üçün 7 şəhər iddialıdır. Bunlar Tirana ("Qemal Staffa”, Albaniya), Tuluza ("Tuluza”, Fransa), Hayfa ("Sammi Ofer”, İsrail), Astana ("Astana Arena”, Qazaxıstan), Belfast ("Vindzor Park”, Şimali İrlandiya), Qdansk ("Qdansk Arena”, Polşa) və İstanbuldur ("Vodafon Park Stadyum”, Türkiyə).
 
Qeyd edək ki, oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook