SON XƏBƏR

Bakıdan Tramp üçün Ağ Evə özəl hədiyyə göndərildi

Yanvar 23
00:32 2017
Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampa Bakıdan qeyri-adi hədiyyə göndəriıib.
 
Belə ki, xalça ustası Dağlar Səfərov Amerika prezidentini üzərində onun təsviri olan Azərbaycan xalçası ilə təbrik edib.
 
Dağlar Səfərov deyir ki, o hələ son seçkilərdən qabaq Trampın prezident seçiləcəyini hiss etmişdi. Buna görə də elə o vaxtdan bu qeyri-adi xalçanın toxunmasına başlayıb.
 
Dağlar Səfərovun fikrincə, xalçanın Birləşmiş Ştatların yeni prezidentinə göndərilməsi yeni dönəmdə Azərbaycana uğur gətirə bilər.
 
Sənətkar Donald Trampın tez-tez Azərbaycan xalçasına baxaraq Odlar Yurdunu xatırlaması üçün sənət əsərinin üzərində xüsusi işarələr də qoyub.
 
Dağlar Səfərov indiyədək bir çox prezidentlərin şəklini xalça üzərində təsvir edib. Bəzən həmin dövlət başçılarının xüsusi dəvəti ilə onlarla görüşdüyünü bildirən sənətkar bu ənənəni indən sonra da davam etdirmək niyyətində olduğunu deyir.(xezerxeber.az)
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook