SON XƏBƏR

"Bakıdan İstanbulacan və dönüş..." adlı kitabın təqdimatı keçirilib

Dekabr 06
01:00 2016
Akademik Milli Dram Teatrında telejurnalist Nigar İsmayılqızının "Bakıdan İstanbulacan və dönüş...” adlı kitabının təqdimatı olub. 

Karabakhmedia.az-ın məlumatına görə, yeni nəşr olunan kitabın redaktoru tanınmış telejurnalist Vəli Əkbərdir. Kitabda müəllifin müxtəlif zamanlarda ünsiyyət qurduğu insanlarla müsahibələri cəmlənib. "Bakıdan İstanbulacan və dönüş...” kitabının işığına Yazıçılar Birliyinin üzvü, yazıçı-dramaturq Elçin Hüseynbəyli, xalq yazıçısı Elçin Əfəndiyevin köməkiçisi Əkrəm Məmmədov, xalq rəssamı Arif Hüseynov, xalq artisti Hacı İsmayılov, əməkdar artist Füzuli Hüseynov, sevimli aktyorumuz Məmməd Verdiyev, tanınmış heykəltaraş Rahib Həsənov, telejurnalist, yazar Səfurə Çərkəzqızı, yazıçı Kənan Hacı və media nümayəndələri toplanıb . Bu arada kitabı əldə etməklə Əlibəy Hüseynzadənin qızı rəssam Feyzavər Alpsar, xalq yazıçısı Elçin Əfəndiyev, Çingiz Abdullayev, Elçin Hüseynbəyli, xalq şairi Vaqif Səmədoğlu, Baba Vəziroğlu, aktyorlar Fəxrəddin Manafov, Füzuli Hüseynov, Meral Konrat, Hacı İsmayılov, xalq rəssamı Arif Hüseynov, Teymur Rzayev, Rəşad Mehdiyev, musiqiçi Maykl Bolton, Patrisiya Kass və başqa şəxslərin söhbətlərini oxuya bilərsiniz.

Məlumat üçün deyək ki, bu kitabdan öncə Nigar İsmayılqızının "Pamukun qonşusu” adlı kitabı nəşr olunub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook