SON XƏBƏR

Bakıdakı məktəbdə azərbaycanlı və amerikalı müəllimələr əlbəyaxa oldu

Aprel 13
12:49 2019
Bakının elit kollecində müəllimlər arasında əlbəyaxa dava olub.

"Qafqazinfo" xəbər verir ki, hadisə ötən gün saat 15 radələrində Bakının Nizami rayonu, M.Əliyev küçəsi 17 ünvanda yerləşən "British school College”də işləyən müəllimələr – 1986-cı il təvəllüdlü Aidə Qiryət qızı Əsədova ilə Amerika vətəndaşı Coandra Hollis Conu arasında baş verib.

Münaqişə qadınların əlbəyaxa davasına çevrilib. Dava zamanı hər iki müəllim xəsarət alıb.

Baş verən dava barədə Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinə məlumat daxil olub.
Faktla bağlı polisin istintaq şöbəsində araşdırma aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook