SON XƏBƏR

Bakıda yoxa çıxan qız "Tarqovı"da tapıldı

Mart 28
11:23 2017
Dünən Bakı şəhərinin Mərdəkan qəsəbəsində itkin düşən 14 yaşlı qız tapılıb. Lent.az xəbər verir ki, səhər saat 07 radələrində evdən çıxan 14 yaşlı Leyla yaxınlarının polisə müraciət etməsindən sonra paytaxtın Nizami küçəsində ("Tarqovı" məhəllə) tapılıb. O, ailəsinə təhvil verilib.

*****
21:09

Bakıda 14 yaşlı qız itkin düşüb.

Lent.az-ın məlumatına görə, martın 27-də, saat 07:30 radələrində Mərdəkan qəsəbəsində, 2003-cü il təvəllüdlü Leyla adlı qız yaşadığı evdən çıxıb və bir daha qayıtmayıb.

İtkin düşmüş qızın xarakterik əlamətləri aşağıdakılardır: boyu – 150 sm, qara uzun saçları.

Evdən çıxarkən əynində qara rəngli yubka, dəri gödəkcə və ağ rəngli idman ayaqqabısı olub.

Qızı görənlərdən və ya barəsində hər hansı məlumatı olanlardan (012) 454- 22- 22, (055) 777 – 27 -11 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook