SON XƏBƏR

Bakıda yarım milyon manat mənimsənilən şirkət hansı məmurundur? - TƏFƏRRÜAT

Fevral 25
18:36 2019
Bakıda fəaliyyət göstərən şirkətlərdən birindən yarım milyon manat oğurlanması barədə məlumatlar yayılıb.
 
Report-un yaydığı məlumatda "Azərinteltek” QSC-nin rəhbəri Vüsal Məmmədovun hüquq-mühafizə orqanlarına müraciət edərək QSC-nin əməkdaşı 33 yaşlı A.M.-nin şirkətə məxsus 500 min manat pulu mənimsədiyi bildirilir.
 
Kifayət qədər ciddi məbləği mənimsəməkdə ittiham olunan şəxsin adının şərti göstərilməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. 
 
Yayılan xəbərə sosial şəbəkələrdə yazılan şərhlərdən aydın görünür ki, oxucuların böyük əksəriyyətinin "Azərinteltek” QSC-nin fəaliyyətindən və onun rəhbərinin kimliyindən xəbərsizdirlər.

Öncə qeyd edək ki, "Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib. "Azərinteltek” QSC-nin ticarət nişanı olan "TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.
 
"TOPAZ” 2013-ci ildə tazı yarışı oyunlarına start verməklə yanaşı, "Azərlotereya” ASC-nin lotereya məhsullarının satışını da həyata keçirir.
 
"TOPAZ” markası 2012-ci ildən etibarən Azərbaycan Premyer Liqasının sponsorudur.
 
Bundan başqa, hazırda bütün Azərbaycan üzrə "TOPAZ”-ın təxminən 500 eksklüziv satış agenti var.
 
QSC-nin rəhbəri Vüsal Məmmədovun isə 2018-ci ildə bu vəzifəyə təyin olunduğu deyilir. 
 
Ötən il bir sıra yerli saytlarda gedən məlumatlarda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanova məxsus olduğu bildirilən "Baltech Investment LLC” şirkətinin "Azərinteltek” QSC-nin ticarət nişanı olan "TOPAZ”ın səhmələrinin 75 faizini aldığı iddia olunur.
 
Mətbuat yazır ki, C.Qurbanov ölkədə mərc oyunlarına nəzarəti ələ almaq üçün "Azərinteltek” QSC-nin 51 faizlik səhminə sahib olan "Turkcell" şirkətinə 38 milyon manat ödəyib. Hansı ki, "Baltech Investment LLC”-nin "Turkcell" şirkəti ilə anlaşması haqda oktyabrın 30-da ilk olaraq Türkiyənin nüfuzlu haberler.com portalı məlumat yaymışdı.

Məlumata görə "Baltech Investment LLC” "Türkcell”in "Azərinteltek”dəki 51 faizlik səhmini aldıqdan sonra "TOPAZ”-a nəzarət Cavid Qurbanovun əlinə keçib. Azərbaycanda mərc oyunlarını - "TOPAZ”ın 75 faizlik hissəsini Cavid Qurbanovun adamı olan Vüsal Məmmədovun idarə etdiyi bildirilir".
 
Report-un yaydığı xəbər sosial şəbəkə istifadəçilərinin ciddi müzakirəsinə səbəb olmaqla yanaşı, eyni zamanda bir sıra suallar meydana çıxarıb. Belə ki, sosial şəbəkə istifadəçilərinin bir çoxu oğurluq hadisəsindən şikayətçi olan şirkət rəhbəri ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədrinin müavini Vüsal Aslanovun eyni şəxs olduqlarını iddia edirlər. 
 
Ancaq Qlobal.az-ın araşdırması zamanı məlum oldu ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədrinin müavini Vüsal Aslanovla "Azərinteltek” QSC-nin rəhbəri Vüsal Məmmədovu birləşdirən yeganə şey adlarının eyni olmasıdır. 
 
Onu da qeyd edək ki, "Azərinteltek” QSC-nin rəhbəri 38 yaşlı Vüsal Məmmədovun eyni zamanda "Unibet" MMC-nin rəhbəri olduğu deyilir.
 
Hadisənin təfərrüatlarını öyrənmək üçün "Azərinteltek” QSC ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verilmədi.
 
Qlobal.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook