SON XƏBƏR

Bakıda ümumidünya “Loqopedlər Günü” keçirildi

Noyabr 15
12:53 2017
Tədbirdə Türkiyəli tanınmış kəkələmə uzmanı Ali Aktekin iştirak edib 

14 noyabr Ümumdünya "Loqopedlər Günü”münasibəti ilə Kəkəmər Azərbaycan Mərkəzinin təşkilatçılğı ilə "Royal Hotel"də seminar keçirilib. Seminara Kəkəmər Azərbaycan Mərkəzinin rəhbəri Esmira Qafarovanın dəvəti ilə tanınmış türkiyəli kəkələmə uzmanı Ali Aktekin də qatılıb.

Təşkilatçı Kəkəmər Azərbaycan Mərkəzinin rəhbəri Esmira Qafarova tədbirdə çıxış edərək ölkəmizdə nitq problemli insanları yüksək səviyyədə müalicə etmələrindən və mərkəzin gələcək planlarından danışıb. 

Daha sonra Türkiyənin tanınmış kəkələmə uzmanı Ali Aktekin çıxış edərək Azərbaycanda Kəkəmər Mərkəzinin fəaliyyət göstərməsini alqışlayaraq, mərkəzlə əməkdaşlıqdan məmnun olduğunu və gələcək planlardan danışıb. 

Tədbirdə çıxış edən digər iştirakçılar isə ölkəmizdə loqoped sahəsinin inkşafı və elmi naliyyətləri barədə çıxış ediblər.
 
Qlobal.Az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook