SON XƏBƏR

Bakıda torpaq sahələrinin qiyməti ucuzlaşıb

May 26
10:43 2017
Aprel ayında Bakıda torpaq sahələrinin qiyməti ucuzlaşıb.
 
Bunu "Trend”ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
 
Onun sözlərinə görə, torpaq qiymətlərində ucuzlaşma 3.14 faiz təşkil edib.
 
N.İbrahimov bildirib ki, torpaq bazarında aktivlik ötən aylarda azalmışdı:
 
"Aktivliyin azalmasının qiymətlərə təsirini indi görürük. Adətən aprel-may aylarında torpağın qiymətləri artır, amma bu dəfə əks tendensiyanın şahidi oluruq. Bu da onunla bağlıdır ki, fərdi yaşayış evlərinin tikinti həcmində azalma var".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook