SON XƏBƏR

Bakıda qız atasını baltaladı

Noyabr 05
01:44 2017
APA-nın xəbərinə görə, insident paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayon Cəfər Xəndan küçəsində yerləşən evlərdən birində baş verib. Məlumata görə, ailə münaqişəsi zamanı qız atasına balta ilə ağır xəsarətlər yetirib. 

1956-cı il təvəllüdlü Salxaki Cəmşid Azad oğlu başından kəsilmiş-çapılmış xəsarətlərlə 1 saylı şəhər xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Cəmşid Salxakinin şəxsiyyəti hələlik açıqlanmayan qızı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook