SON XƏBƏR

Bakıda polislər parkda səhhəti pisləşən qadına tibbi yardım göstərib - FOTO

İyun 22
08:57 2018
Xəstəxanada müalicə olunan qadın parkda gəzərkən burnundan çoxlu qan gəldiyi üçün huşunu itirib.

Hadisə Nərimanov rayonu ərazisində baş verib.

Yaşlı qadın Heydər Əliyev Mərkəzinin yaxınlığındakı parka nəvəsini görməyə gəlib. Lakin o, yüksək qan təzyiqindən əziyyət çəkdiyindən burnundan qan gəlib. Çoxlu qan itirdiyindən huşsuz vəziyyətə düşən qadını yaxınlıqdan keçən Nərimanov Rayon Çevik Polis Alayının əməkdaşları görüb. Onlar xidmət vaxtı avtomobildə olan tibb çantasından istifadə edərək, qadına ilkin tibbi yardım göstəriblər. 

Polis əməkdaşları tərəfindən əraziyə Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları çağırılıb və xəstə müalicə olunduğu Neftçilər Xəstəxanasına aparılıb.

Polisin bu əməlini görən vətəndaşlar onların xeyirxahlığını mobil telefon vasitəsilə qeydə alıb. Parkda gəzən sakinlər Nərimanov Rayon Çevik Polis Alayının əməkdaşlarına bu əməllərinə görə təşəkkür ediblər. 
 
report.az
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook