SON XƏBƏR

Bakıda polis avtomobili piyadanı vurub öldürdü

Yanvar 19
10:22 2017
Bu gün Bakıda piyadanın ölümü ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.
 
Sabunçu Rayon Polis İdarəsindən (RPİ) APA-ya bildirilib ki, Çevik Polis Alayına məxsus "Fiat Doblo” markalı avtomobil yolu keçən piyada Telman Hacıyevi vurub.
 
Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
 
Faktla bağlı RPİ-də araşdırma aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook