SON XƏBƏR

Bakıda narkotiklə tutulan vəzifəli şəxsin kimliyi bilindi (TƏFƏRRÜAT)

Oktyabr 20
13:39 2017
Bakıda bələdiyyə işçisi narkotikə görə həbs edilib.

"Report”un yaydığı məlumatda Suraxanı rayon Hövsan qəsəbə Bələdiyyəsinin əməkdaşının üzərində qanunsuz olaraq narkotik vasitələr saxladığı üçün Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı qeyd olunur.
 
Araşdırma zamanı onun narkotik vasitə aludəçisi olduğu məlum olub. Saxlanılan şəxs inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs olunub.
 
Hadisənin təfərrüatı ilə bağlı ölkə.az məlumat əldə edib. Belə ki, saxlanılan 1979-cu il təvəllüdlü Quliyev Rövşən Məhsur oğludur. O, Suraxanı Rayon İcra Hakimiyyətinin Hövsan qəsəbə nümayəndəliyinin sədri Ağasəlim Əliyevin qızının həyat yoldaşıdır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook