SON XƏBƏR

Bakıda naməlum şəxsin körpüdən atdığı Sevda Məmmədova öldü

Yanvar 24
12:13 2017
Bakıda 55 yaşlı qadın körpüdən yerə düşməsi nəticəsində ölüb.
 
"Report"un xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.
 
Belə ki, Mərdəkan qəsəbəsində Aeroport yolunda körpünün altında 55 yaşlı Sevda Məmmədovanın ağır xəsarət alaraq yerə yıxıldığı məlum olub. Ətrafdan keçən şəxslərdən biri onu xəstəxanaya yerləşdirib. Lakin S.Məmmədova xəstəxanada ölüb.
 
Araşdırmalar zamanı bəlli olub ki, qadını adı məlum olmayan şəxs itələyərək körpüdən yerə atıb.
 
Faktla bağlı cinayət işi başlanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook