SON XƏBƏR

Bakıda müstəntiqə küçə itləri hücum etdi: 24 tikiş qoyuldu

Noyabr 13
16:57 2017
Bakıda xidmət vaxtı polis müstəntiqini küçə iti dişləyib.

"Report”un xəbərinə görə, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, Səbail rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı Anar Miralayev küçə itlərinin hücumuna məruz qalıb. Heyvanlardan biri 
A.Miralayevin sağ ayağının dizdən aşağı hissəsini gəmirərək parçalayıb.

Xəsarət alan müstəntiq xəstəxanaya yerləşdirilib. Ona quduzluq əleyhinə vaksin vurulub və yarasına 24 tikiş qoyulub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook