SON XƏBƏR

Bakıda möhtəşəm final:“Çelsi” çempion oldu

May 30
01:18 2019
Avropa Liqasında 2018/19 mövsümünə yekun vurulub.

Fanat.Az xəbər verir ki, final qarşılaşması Bakı Olimpiya Stadionunda keçirilib. Həlledici görüşdə azarkeşlər möhtəşəm London derbisinə şahidlik edib. İngiltərənin iki nəhəng komandası - "Çelsi" və "Arsenal" paytaxtımızda münasibətlərinə aydınlıq gətirib.

"Çelsi" rəqibdən fərqli, Çempionlar Liqasına (ÇL) vəsiqə qazandığından, "Arsenal" üçün Avropa Liqasının qalibi olmaq ikiqat əhəmiyyət kəsb edirdi. Çünki Unay Emerinin yetirmələri yalnız bu yolla gələn mövsüm ÇL-də iştirak hüququ qazanacaqdı. Bununla Emeri həm də tarixə düşə bilərdi. "Sevilya" ilə 3 dəfə Avropa Liqasının qalibi olan ispaniyalı mütəxəssis Bakıdan eyni nailiyyətlə ayrıla bilsə, turnirin 4 qat qalibi olacaq və yeni rekorda imza atacaqdı.
Lakin bu baş verməyib və Emeri rekorda imza atmaq şansını boşa verib. İlk yarısı qolsuz bərabərliklə başa çatan finalın ikinci hissəsində 5 qol vurulub və "Çelsi" 4:1 hesablı qələbə ilə kuboka sahib çıxıb.


Bununla da "Arsenal"ın Avropada kubok həsrəti 26 ilə yüksəlib. "Topçular" sonuncu dəfə 1993/94 mövsümündə Kuboklar Kubokuna sahib çıxaraq avrokuboklarda uğur əldə ediblər. "Çelsi" isə qitəmiqyaslı yarışlarda sonuncu dəfə 2012/13 mövsümündə sevinib. Komanda həmin mövsüm Avropa Liqasının qalibi olub.
 
Avropa Liqası
2018/19 mövsümü
Final

29 may

Çelsi (İngiltərə) - Arsenal (İngiltərə) 3:0
Qollar: Oliviye Jiru, 49 (ötürmə - Emerson Palmieri). Pedro Rodriges, 60 (ötürmə - Eden Hazard). Eden Hazard, 65-pen; 72 (ötürmə - Oliviye Jiru) - Aleks İvobi, 69.
Çelsi: 1. Kepa Arrisabalaqa, 5. Jorjinyo, 7. Nqolo Kante, 10. Eden Hazard (21. David Zappakosta, 89), 11. Pedro Rodriges (22. Villian, 71), 17. Mateo Kovaçiç (8. Ross Barkli, 76), 18. Oliviye Jiru, 27. Andreas Kristiensen, 28. Sezar Aspilikueta (k), 30. David Luis, 33. Emerson Palmieri.

Arsenal: 1. Petr Çex, 5. Sokratis Papastatopulos, 6. Loran Koselni, 9. Aleksandr Lyakezett, 10. Məsut Özil (59. Co Uillok, 77), 11. Lukas Torreyra (17. Aleks İvobi, 66), 14. Pyer-Emerik Obameyanq, 15. Enzli Meytlend-Naylz, 18. Naço Monreal (29. Matteo Qenduzi, 66), 31. Sead Kolaşinats, 34. Qranit Caka. 

Baş məşqçi: Unay Emeri.

Sarı vərəqələr: Pedro Rodriges, 56. Andreas Kristiensen, 68.
Hakimlər: Canluka Rokki, Filippo Meli, Lorentso Manqanelli, Daniel Orsato (İtaliya).
Bakı Olimpiya Stadionu.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook