SON XƏBƏR

Bakıda metroda problem yarandı: Qatarlar tuneldə qaldı

Yanvar 09
00:55 2018
Metronun Həzi Aslanov – İçərişəhər xəttində qatar tuneldə qalıb.

"Qafqazinfo”nun məlumatına görə, "Koroğlu” stansiyasından "Ulduz” stansiyasına gedən qatar stansiyaya daxil olarkən dayanıb.

Qatarın yarısı platformada, yarısı isə tuneldə qaldığı üçün qapılar açılmayıb və sərnişinlər də içəridə qalıb.

Bu qatar dayandığı üçün arxadan gələn digər qatarlar da hərəkəti dayandırıb. Bəziləri tuneldə qalıb.

Nasazlığın səbəbi bilinmir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook