SON XƏBƏR

Bakıda məktəb direktoru ilə "Drakon"un şok davası: "Şalvarını başına..." - EKSKLÜZİV VİDEO

Fevral 05
19:19 2018
"Dolu" filminin məşhur aktyoru Rza Rzayevin qalmaqallı videogörüntüsü ortaya çıxıb. Məşhur aktyor məktəb direktoru ilə söz davasında onu təhqir edərək hədə qorxu gəlir.

Qlobal.Az Musavat.com-a istinadla xəbər verir ki, qohumunun işdən çıxarılmasına etiraz edən Rza Rzayev direktora bu qərarını dəyişməsi üçün vaxt verir, əks halda onu özünün cəzalandıracağını bildirir.
 
 

Hadisə 220 nömrəli məktəb-liseydə baş verib. Belə ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib.

Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra özünü Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun yanına gələrək məsələni "həll eləməyə" çalışıb. Amma ortaya xoşagəlməz mənzərə çıxıb. "Drakon" məktəb direktorunun ünvanına nalayiq ifadələr səsləndirib.

Bütün bu olanlar direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülənib. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Bundan əlavə, o da məlum olub ki, direktor müavini Zeynəb Rzayeva müəllimlərdən pul alındığını iddia edərək, müvafiq qurumlara müraciət edib. Bununla da bağlı araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi və direktorun otağında danışılanlar barədə ətraflı məlumatı videodan izləmək mümkündür.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook