SON XƏBƏR

Bakıda MDB ölkələri Daxili İşlər Nazirləri Şurasının iclası işə başlayıb

İyul 20
11:38 2018
Bakıda MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) iclası işə başlayıb.

"Report" xəbər verir ki, iclasda cinayətkarlıqla mübarizə üzrə dövlətlərarası proqramların həyata keçirilməsi, MDB ölkələrinin Daxili İşlər nazirliklərinin (polis) əməkdaşlığının bir sıra digər aktual istiqamətləri, eləcə də terror və (və ya) beynəlxalq terror təşkilatlarının tərkibində üçüncü ölkələrin ərazilərində silahlı münaqişələrdə iştirak edən şəxslərə münasibətdə informasiya mübadiləsi, MDB ölkələri DİN orqanlarının Birlik ölkələri ərazisində müasir informasiya texnologiyaları sahəsində törədilən yeni cinayət növlərinə qarşı mübarizə üzrə koordinasiyalı hərəkətlər mexanizminin bazasının təkmilləşdirilməsi məsələlərinin nəzərdən keçiriləcəyi planlaşdırılır.

DİNŞ-nin iclası zamanı təşkilata sədrlik Azərbaycana keçəcək.

İclas çərçivəsində həmçinin MDB-yə üzv dövlətlərin avtonəqliyyat vasitələrinin oğurluğuna qarşı mübarizə və 2005-ci il noyabrın 25-dən onların geri qaytarılmasının təmin edilməsi üzrə əməkdaşlığı haqqında sazişə dəyişikliklər edilməsi barədə protokolun imzalanması da planlaşdırılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook