SON XƏBƏR

Bakıda kriminal hesablaşma: avtomatdan atəş açan Zaur İsmayılovdur

Dekabr 28
17:19 2018
Dekabrın 27-də axşam Bakının Keşlə qəsəbəsində "Hyundai” markalı avtomobilə atəş açaraq bir nəfəri öldürən, digərini yaralayan şübhəlinin kimliyi barədə məlumat var.

"Sputnik” hüquq-mühafizə orqanlarına istinadən bildirir ki, həmin şəxs 34 yaşlı İsmayılov Zaur Zülfüqar oğludur. İsmayılov hələlik tutulmayıb, əməliyyatçılar onun yaxalanması üçün iş aparır.

Məlumata görə həmin şəxs avtomobildəkilərə AK-74 avtomatından atəş açıb.

Xatırladaq ki, kriminal "hesablaşma” zəminində baş verdiyi bildirilən hadisə zamanı ölən şəxs 27 yaşlı, əvvəllər məhkum olunmuş Babayev Tural Rəhim oğlu, yaralanan isə 1988-ci il təvəllüdlü Bağırov Asif Adışirin oğludur. Onlar kirayə götürülmüş avtomobildə olublar. Hadisə ilə bağlı cinayət işi qaldırılıb.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook