SON XƏBƏR

Bakıda keçiriləcək dünya çempionatının yeni tarixi məlum oldu

Aprel 10
09:35 2020
Bakıda keçirilməsi planlaşdırıldığı halda, təxirə salınmış aerobika gimnastikası üzrə dünya çempionatı 2021-ci ildə olacaq.

Bu barədə Beynəlxalq Gimnastika Federasiyası (FIG) qərar verib.

FIG bildirib ki, bütün dünya çempionatları növbəti ildə keçiriləcək və bu yarışların tarixinin yenidən planlaşdırılması üçün təşkilatçı federasiyalarla əlaqə saxlanılır.

Qeyd edək ki, Bakıdakı dünya çempionatı 14 - 16 mayda nəzərdə tutulmuşdu. Yarış koronavirus pandemiyasına görə təxirə salınıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook