SON XƏBƏR

Bakıda ISESCO İcraiyyə Şurasının 36-cı iclası keçirilir

Noyabr 24
10:17 2015
Noyabrın 23-də Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) İcraiyyə Şurasının 36-cı iclası öz işinə başlayıb.
 
İclası giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanın ISESCO ilə əməkdaşlığı ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra mümkün olub. Azərbaycan 1991-ci ildən ISESCO-nun üzvüdür.
 
Təşkilatla münasibətlər Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2006-cı il noyabrın 24-də ISESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoyub və hazırda ən yüksək səviyyəyə çatıb. Son illərdə ölkəmiz bu qurumla bir sıra mühüm layihələr reallaşdırıb. Bu haqda danışan Əbülfəs Qarayev bildirib ki, birgə fəaliyyət gələcəkdə də davam etdiriləcək.
 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə imzalanması istiqamətində görülən işlərə toxunan nazir ölkəmizin haqq işini birmənalı olaraq dəstəklədiyinə görə ISESCO rəhbərliyinə minnətdarlığını bildirib. Yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinə təşəkkür edən ISESCO İcraiyyə Şurasının sədri Bubəkr Dokurə iclasda iştirak etməkdən qürur duyduğunu bildirib, təşkilatın ötən müddət ərzindəki fəaliyyətindən danışıb.
 
Məlumat verilib ki, iclasda ISESCO-nun qazandığı uğurlardan və qarşıda duran vəzifələrdən bəhs olunacaq. "Biz iclas zamanı ötən üç il üçün nəzərdə tutulmuş planın icrasını müzakirə edəcək və qarşıdakı illər üçün fəaliyyət planını təsdiqləyəcəyik. Deyə bilərəm ki, ötən 3 il ərzində planımızı əsasən yerinə yetirmişik. Bu, bizə növbəti addımlar atmaq üçün böyük imkanlar yaradır”, - deyə Bubəkr Dokurə qeyd edib.
 
ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri diqqətə çatdırıb ki, rəhbərlik etdiyi qurumla Azərbaycan arasında məhsuldar əməkdaşlıq əlaqələri var. ISESCO Prezident İlham Əliyevin dəstəyi ilə Bakıda mühüm tədbirlər keçirib. Baş direktor buna görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
 
Təşkilatın üç illik fəaliyyətinə dair hesabatlar hazırlandığını deyən Əbdüləziz bin Osman əl-Tuveycri iclasda yeni tədbirlər planının qəbul olunacağına əminliyini ifadə edib. İclas işini sessiyalarla davam etdirir.
 
 

 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook