SON XƏBƏR

Bakıda “gülənçi”lərin güclü əli kimdir?

İyul 30
09:21 2016
"Azərtac” və "Azərbaycan” qəzetində Əliyevin sərəncamına kim qadağa qoymuşdu?
 
Azərbaycanda "gülənçilər”in hətta hakimiyyətdə də kifayət qədər güclü dayaqlarının olduğu bir neçə il əvvəl baş verən "nurçu qalmaqalı” zamanı ortaya çıxdı. Həmin vaxt  "gülənçilər”in YAP iqtidarında əsas adamlarından biri kimi Prezident Administrasiyasında siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun adı çəkilirdi.
 
Qalmaqal dərinləşdikdən sonra ölkə başçısı Ilham Əliyev Elnur Aslanovu tutduğu vəzifədən azad etmək məcburiyyətində qaldı. Lakin maraqlıdır ki, onun işdən çıxarılması barədə prezident sərəncamını nə dövlət agentliyi olan "Azərtac”, nə "Azərbaycan” qəzeti, nə də digər rəsmi qəzetlər dərc etdi. Bu azmış kimi Elnur Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri vəzifəsinə təyinat aldı.

Türkiyədəki uğursuz hərbi çevrilişdən sonra Fətullah Gülən yenidən gündəmə gəlib. Qardaş ölkədə "gülənçilər”ə qarşı əməliyyatlar aparılır. Bu əməliyyatların Azərbaycana da sıçrayacağı gözlənilir. Artıq "SOCAR Türkiyə”də əməliyyat keçirilir. Şirkətin rəhbəri həbs edilib.
 
Bu ərəfədə yaxşı olar ki, Ilham Əliyevin məlum sərəncamına "Azərtac”, "Azərbaycan” və digər rəsmi qəzetlərdə hansı qüvvənin qadağa qoyması araşdırılsın.(Azadlıq.info)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook