SON XƏBƏR

Bakıda bir ailənin bütün üzvlərini avtomobil vurub

İyul 17
07:43 2017
Bakıda bir ailənin bütün üzvlərini avtomobil vurub.
 
"Report"un xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Belə ki, Mərdəkan qəsəbəsində dayanacaqda dayanan 1975-ci il təvəllüdlü Qurbanov Araz Qurban oğlu və 1975-ci il təvəllüdlü Nuraliyeva Məxluqə Eynulla qızı və onların övladları 12 yaşlı Qurbanov Rəhim Araz oğlu, 13 yaşlı Qurbanov Rəhman Araz oğlunu minik avtomobili vurub. Nəticədə adı çəkilən şəxslər bədənin müxtəlif nahiyələrindən xəsarət alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
 
Hadisəni törədən sürücü Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook