SON XƏBƏR

Bakıda baş həkim maşınla sərxoş piyadanı vurub öldürdü

Oktyabr 11
11:57 2018
Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb.

Qlobal.az Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Bakı şəhəri, 9 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Yunusov Arif Əhməd oğlunun idarə etdiyi "Hyundai Sonata" markalı 90-BB-636 dövlət nömrə nişanlı avtomobillə Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook