SON XƏBƏR

Bakıda 350 yeni bina, 18 min yeni mənzil inşa olunacaq – 5 ilə

Oktyabr 30
01:10 2016
Bakıda yaxın 5 il ərzində tikintisi üçün razılaşdırılmış 45 ərazi planlaşdırma layihələrinin sahəsi ümumilikdə 175 ha-dan çoxdur.
 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən APA-ya verilən xəbərə görə, adıçəkilən sənədlərdə söküləcək 324 min kvadratmetr yaşayış sahəsinin əvəzinə bütün müasir tələblərə cavab verən 1,8 milyon kvadratmetr yaşayış sahəsinin tikilməsi planlaşdırılıb və komitə tərəfindən razılaşdırılıb. Sənədlərdə layihələndirilən binaların sayı 350-dir. Söküləcək 4 min mənzilin yerinə 18 min yeni mənzilin inşası nəzərdə tutulub.
 
Ərazi planlaşdırma sənədlərinin 5 ha-dək ərazilər üçün (1 ha-dan az olmayaraq) hazırlanması təc­rübəsi dünya şəhərsalma praktikasında sınaqdan çıxmış ən mütərəqqi yanaşma sayılır.
 
Artıq yeni yaşayış binalarının tikintisinə artıq başlanılıb.
 
Qlobal.az
loading...



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook