SON XƏBƏR

Bakı – Tbilisi aviareysi ləğv edilib

Fevral 20
11:57 2018
Qatı duman səbəbindən Tbilisi beynəlxalq hava limanının fəaliyyətində problemlər yaranıb.

Qlobal.az APA-ya istinadən xəbər verir ki, aeroport bir neçə aviareysin qəbulunu ləğv edib.

Gecə saatlarında ləğv olunmuş aviareyslər arasında Bakı-Tbilisi və Tehran-Tbilisi aviareysləri də olub. Moskva-Tbilisi reysini həyata keçirən təyyarə isə Kutaisi beynəlxalq hava limanına enib.

Hazırda aeroportun fəaliyyəti tam bərpa olunmaq üzrədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook