SON XƏBƏR

Bakı Slavyan Universitetinin müəllimləri tətilə hazırlaşır - Maaşları verilmir

Mart 17
13:34 2017
Bakı Slavyan Universitetində iki aydır müəllimlərə maaş verilmədiyi deyilir. 
 
Bu barədə məlumatı "Qaynar"a universitetdə dərs deyən müəllimlər veriblər. 
 
Onların sözlərinə görə, artıq ikinci aydır ki, heç bir səbəb gətirilmədən əmək haqqlarını ala bilmirlər. 
 
Şikayət edən müəllimlər qeyd edirlər ki, məsələ ilə bağlı bir neçə dəfə universitet rəhbərliyinə məlumat versələr də, lakin dolğun bir məlumat almayıblar.
 
Müəllimlər qeyd edirlər ki, Novruz bayramına kimi maaşlar verilməsə yeni aydan universitetə gəlib dərs deməkdən imtina edəcəklər. 
 
P.S Əməkdaşımız məsələ ilə bağlı dəfələrlə universitetə zəng edib açıqlama almaq istəsə də bu baş tutmadı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook