SON XƏBƏR

Bakı şəhər halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri davam edir

Aprel 22
11:51 2017
Azərbaycanda Formula-1 yarışının təşkilatçısı "Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) iyunun 23-25-də baş tutacaq Azərbaycan Qran-prisinə hazırlıqla əlaqədar yarışın keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərini, həmçinin trekin asfalt örtüyünün yarışa tam hazır vəziyyətə gətirilməsi istiqamətində təmir-bərpa işlərini davam etdirir.

BŞH-dən AZƏRTAC-a bildiriblər ki, iyunun 22-si saat 09:00-dan iyunun 23-ü saat 18:00-dək Rəsul Rza küçəsinin Zərifə Əliyeva küçəsi və Neftçilər prospekti ilə olan kəsişmələri arasındakı hissəsində təmir-bərpa işləri aparılacaq. Bu səbəbdən yolun həmin hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Zərifə Əliyeva küçəsi ilə gələn sürücülərin alternativ yollardan istifadə etmələri xahiş olunur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook