SON XƏBƏR

Bakı Neft Maşınqayırma Zavodu özəlləşdirildi

İyun 19
15:24 2019
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) "Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinə yekun vurub.

Bu barədə Dövlət Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, müsabiqə şərtlərinə uyğun olaraq, qalib investor dövlət büdcəsinə 4,7 milyon manat ödəməyi, dəyəri 10,2 milyon manat olan investisiya proqramı icra etməyi, müəssisənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna olan 1,9 milyon manat borcunu, əmək haqqı və ona bərabər tutulan 115 min manat borcunu ödəməyi və digər sosial-iqtisadi öhdəlikləri yerinə yetirməyi üzərinə götürüb.

Təqdim olunmuş İnvestisiya Proqramına əsasən investor tərəfindən müəssisəyə müasir avadanlıqların və texnologiyaların alınması, poladəritmə sexində yeni sobaların tikilib quraşdırılması, müəssisənin xammal və material ehtiyatının artırılması planlaşdırılır. Eyni zamanda istehsal sahələrinin yerləşdiyi binalarda təmir-bərpa işlərinin görülməsi, elektrik mühərriklərinin təmiri və sarğılanması sexinin qurulması, qum ələnmə sahəsinin tikilməsi və avadanlıqlarla təchiz edilməsi, tikinti materiallarının qəbulu sahəsinin təşkili, əritmə, yığma və dəmirçi sexlərində hava təmizləyicilərinin qurulması, habelə digər işlərin görülməsi nəzərdə tutulur.

Bu işlərin görülməsi üçün investor tərəfindən müəssisəyə bir il ərzində yuxarıda qeyd olunan məbləğdə investisiyaların yatırılması, nəticədə 165 yeni iş yerinin yaradılması, işçilərin sosial təminatının gücləndirilməsi planlaşdırılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook