SON XƏBƏR

Bakı Mühəndislik Universitetində Havar Məmmədovun yeni “nırxı”

Sentyabr 19
13:15 2018
Bak Mühəndislər Universitetində yeni "havalar” əsməyə başlayıb. Azərbaycanın ən prestijli universitetlərindən biri olan Qafqaz Universiteti Bakı Mühəndislər Universitetinə çevrildikdən sonra müasir təhsil standartarını yaxşı bilən yüksəsk ixtisaslı kadrlar ali təhsil müəssisəsindən uzalqaşdırılsa da təhsilin pulsuz olması bəzi çatışmazlıqları nisbətən də olsa ört-basdır edə bilirdi. Amma bu sevinc çox uzun sürməyib. Deyəsən, yeni rəhbərlik köhnə xasiyyətini və vərdişlərini dəyişə bilmir - köhnə havalar hələ də Havar Məmmədovun başındadır.

Əldə etdiyimiz məlumata görə Havar Məmmədov universitetə istədiyi qaydaları tətbiq edərək, ağına-bozuna baxmadan, qanunkənar işlər görür. Universitetin ödənişsiz ixtisasına qəbul olunmuş tələbələr və onların vaildeynlərinin iddiasına görə, Havar Məmmədov "köhnə bazara təzə nırx” qoyub.

Belə ki, PİA.az-a daxil olan məlumatda iddia olunur ki, universitetin ingilis dilli ixtisasının ödənişsiz bölməsinə qəbul olunmuş tələbələr sürprizlə qarşılanıblar. Həmin ixtisasa qəbul olunan tələbələr ingilis dilini bilmirlərsə, bir il foundation, yəni ingilis dilində baza hazırlığı keçməlidirlər. Əslində Azərbaycanda ingilis dilində tədris keçilən əksər universitetlərinə qayda belədir. Amma... Havar müəllim buna görə tələbələrdən ödəniş tələb edir.

Daxil olan məlumatda bildirilir ki, tədris ilinin əvvəlində ingilis dilində təhsil alacaq tələbələrin ingilis dilində bilik səviyyələri ölçülüb. Aşağı səviyyələrdə olan tələbələrə bildirilib ki, "siz foundation oxumalısınız, ancaq ödənişli əsaslarla. Tələbələr Universitet rəhbərliyinin nəzərinə çatdıranda ki, onlar ödənişsiz-pulsuz ixtisasa qəbul olunublar və bu Dövlət İmtahan Mərkəzinin nəşrlərində də, elektorn ismarıclarla da təsdiq olunur, Havar müəllimin mavinləri bi sözləri bir qulaqlarından alıb o birindən buraxıblar.

Tələbələrə bildirilib ki, gələn ildən birinci kursdan pulsuz oxuya bilərlər, lakin rektorun qoyduğu qaydalara görə, "foundation” üçün 1800 azn ödənməlidir. Valideyn və tələbələr bu qaydanın qanunsuz və Universitet rəhbərliyi tərəfindən özfəaliyyət olduğunu söyləsələr də onları vecinə alan olmayıb. Şikayətçilərə son söz bu olub ki, "gedin kimə deyirsinizsə,deyin”. Hələ üstəlik Havar müəllimin müavinləri əlavə ediblər ki, "buranı Havar müəllimə veriblər, o nə desə elə olacaq”.

Belə görünür ki, Bakı Mühəndislər Universitetinin rektoru Havar Məmmədov əvvəllər rektoru olduğu Azərbaycan Texniki Universitetinə rəhbərlik etdiyi kimi, Azərbaycanın ən prestijli universitetlərindən biri olan Bakı Mühəndislər Universitetini də idarə etməyə başlayıb...

PİA.az-a müraciət edən valideynlər isə bildirirlər ki, onlar Havar Məmmədovun özbaşınağı ilə əlaqədar Prezidentə müraciət etməyə hazırlaşırlar.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq... 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook