SON XƏBƏR

«Bakı Modern Məktəbi» ləğv olunmayıb? (AÇIQLAMA)

Oktyabr 18
12:48 2017
"Vergilər" qəzetinin xüsusi buraxılışında "Bakı Modern Məktəbi" MMC-nin ləğv edilməsi ilə bağlı məlumat dərc olunub. Məlumatda bildirilir ki, kreditorlar öz tələblərini iki ay ərzində Bakı şəhəri, N. Nərimanov, Əliyar Əliyev 218 ünvanına bildirə bilərlər.
 
"Qaynarinfo" məsələ ilə bağlı sözügedən məktəblə əlaqə saxlayıb. Özəl təhsil müəssisəsinin qəbul şöbəsi üzrə baş koordinatoru Ülviyyə Abbasova saytımıza açıqlamasında məktəbin sadəcə adının dəyişdirildiyini və başqa adla fəaliyyətini davam etdirdiyini bildirib.

"Məktəb artıq 5 ildir ki, fəaliyyət göstərir. Məktəbin ləğv edilməsi ilə bağlı yazılanlar doğru deyil. 4 il ərzində məktəbin adı "Bakı Modern Məktəbi" olub. Artıq 1 ildir ki, ad dəyişdirilib, yəni BMM adı ilə deyil, "Bakı Müasir Təhsil Kompleksi" adı ilə fəaliyyət göstəririk. Burada məktəbin ləğv edilməsindən söhbət gedə bilməz. Şagirdlərimiz yerindədir və heç bir narahatçılıq yoxdur. Dediyim kimi sadəcə ad dəyişdirilib".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook