SON XƏBƏR

“Bakı Metropoliteni"də kütləvi ixtisar başladı

Dekabr 11
22:23 2017
"Bakı Metropoliteni” QSC-nin yeni metro stansiyalarının tikintisi ilə məşğul olan Tikinti Departamentində iş həcmi azaldığından işçilərin sayının azaldılmasına zərurət yaranıb. 

Qlobal.Az xəbər verir ki, bu barədə "Report”a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, bununla əlaqədar qarşılıqlı razılaşma əsasında işçilər vəzifələrindən azad edilir: "İşçilərə təklif olunur ki, onlara orta aylıq əmək haqqının 2 misli qədər kompensasiya ödənilsin və qarşılıqlı razılaşma əsasında işdən azad edilsinlər, özlərinə iş tapana qədər əllərində pul olsun. Gələcəkdə iş həcmi artarsa, yeni stansiyaların inşasına başlanarsa, yenə həmin adamlar işlə təmin ediləcək. Artıq 50 nəfər buna razı olub və kompensasiyasını alıb, gedir”.

Bununla belə, Metropolitenin təklifi ilə razılaşmayanlar da var. N.Paşayevin sözlərinə görə, onların sayı, təxminən, 10 nəfərdir: "Bu adamlar təklifi qəbul etmək istəmir və qanunvericiliyə uyğun olaraq, ştatda qala bilərlər. Amma onlara maaş ödənilməyəcək. Onu da deyim ki, bu, tarixən həmişə belə olub. Maliyyə vəsaiti azalanda metro tikintisində iştirak edən işçilərə bu təklif edilir, çünki iş yoxdur”.

Mətbuat xidmətinin rəhbəri onu da əlavə edib ki, bu məsələdə işçilərin sosial vəziyyəti nəzərə alınır: "Şəhid ailələrinə, məcburi köçkünlərə xüsusi yanaşılır. Həmçinin əgər bir ailədən iki nəfər varsa, bunlardan biri işdə saxlanılır”.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook