SON XƏBƏR

"Bakı Marafonu 2019″un qalibləri bəlli oldu –SİYAHI

May 05
18:07 2019
"Bakı Marafonu 2019″un qalibi müəyyənləşib.

Qlobal.az  xəbər verir ki, kişilər arasında finişə ilk çatan uqandalı iştirakçı Ssenyange İsmayıl olub.

İranlı Məhəmməd Cəfər Moradi ikinci, azərbaycanlı Elman Abışov isə üçüncü olub.

Qadınlar arasında isə ukraynalı Valentina Paltavska birinci, şotlandiyalı Suzanna Matonti ikinci, azərbaycanlı Ayna Yusibova üçüncü olub.

Xatırladaq ki, bu gün Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı Marafonu-2019” keçirilib. "Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib. Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook