SON XƏBƏR

Bakı hava limanında millət vəkilinin başına oyun açdılar

Fevral 21
02:56 2017
Milli Məclisin deputatı Fazil Mustafa övladını təyyarə ilə yola salarkən qəribə hadisə ilə üzləşib. Qaynarinfo.Az xəbər verir ki, deputat bu barədə sosial şəbəkədə yazıb: 

"Bu gün sübh tezdən Heydər Əliyev adına Hava Limanında oğlumu Macarıstana yola salmağa getmişdim. Wizz.air şirkətinin təyyarəsi ilə uçurdu. Bileti 18 gün öncə almışdım və sərnişinin oturacq yeri də dəqiq təyin olunmuşdu. Baqajı təhvil verərkən məlum oldu ki, on-line qeydiyyatdan keçməmişik. Bildirdim ki, əlimizdə bilet və dəqiq oturacaq yeri olduğu halda niyə qeydiyyatdan keçməliyik və bu barədə bilet alarkən niyə xəbərdarlıq edilməyib. Şirkətin təmsilçisi Elnarə adlı bir xanım cavab verdi ki, bu qaydanı bizim şirkət müəyyən edib və 30 avro məbləğində cərimə ödəməlisiniz. Bunun yanlış olduğunu və müştəridən əsassız vəsait almaq məqsədi güddüyünü söylədikdə, xanım qayıtdı ki, xoşunuz gəlmirsə, bizim təyyarədə uçmayın. Hər şeyi bir tərəfə qoydum, daha çox xanımın işlədiyi şirkətin imicinə nə qədər zərbə vurduğunu bir anlığa düşündüm. Adətən Türk Hava Yollarında, eləcə də bizim AZAL-da hər dəfə bu sözlər yaddaşımda qalır: "Bizimlə uçduğunuza görə təşəkkür edirik". Bu xanım isə sərnişinə kobud formada deyir ki, "xoşunuz gəlmirsə, uçmayın!" Pulu ödəyib uşağı yola saldım, ancaq bu məsləni araşdırmağa çalışacağam, çünki başqa insanlara qarşı da şirkətin bu cür addımlar atması mümkündür".





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook