SON XƏBƏR

Bakı Forumunda qalmaqal - AzTV və Lider TV tədbiri işıqlandırmaqdan imtina etdi

Mart 17
13:45 2017
Bu gün Bakıda keçirilən V Qlobal Bakı Forumunun ikinci günündə tədbirin təşkilatçılarından olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin direktoru Rövşən Muradov ilə bir sıra jurnalistlər arasında qarşıdurma yaşanıb.

"Ölkə.Az”-ın məlumatına görə, qarşıdurmanın yaranmasına səbəb Rövşən Muradovun jurnalistləri təhqir etməsi və Forumun işini işıqlandıran KİV nümayəndələrinin işinə kobud müdaxiləsi olub. 

Təşkilatçının jurnalistləri təhqir etməsi nəticəsində AzTV və Lider TV-nin əməkdaşları tədbiri işıqlandırmaqdan imtina ediblər.

Rövşən Muradov jurnalisti təhqir edən zaman bir sıra media mənsubları da həmkarlarının müdafiəsinə qalxıblar və jurnalistlərin peşə fəaliyyətinə görə təhqir olunmasına etiraz ediblər. Ancaq qarşıdurmanı daha da alovlandıran Rövşən Muradov isə daha da irəli gedərək, mətbuata tədbiri qadağan etməyi təklif edib.

Sonda Diasporla İşüzrə Dövlət Komitəsinin əməkdaşları isə yaranan gərginliyi sakitləşdirməyi bacarıblar. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook