SON XƏBƏR

Bakı Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbov Batumi Dövlət Universitetinin fəxri doktoru diplomuna layiq görülüb

May 11
01:33 2017
Mayın 6-da Batumi Dövlət Universitetində bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru, professor Merabi Xalvaşi elmin və demokratiyanın inkişafına layiqli töhfələr vermiş Rza Talıbovu rəhbərlik etdiyi ali məktəbin kollektivi adından salamlayıb, onun Batumi Dövlət Universitetinə gəlişindən məmnunlu­ğunu ifadə edərək deyib: Rza Talıbovun Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmlənməsində, Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında əlaqələrin genişləndirilməsində, həmçinin elmin və təhsilin inkişafı istiqamətində mühüm xidmətləri vardır. Bütün bunları nəzərə alan Batumi Dövlət Universitetinin Elmi Şurası onu universitetin fəxri doktoru diplomuna layiq görüb. 
 
Qlobal.az Şerqqapisi.az-a istinadla xəbər verir ki, rektor universitetin elmi şurasının Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbova fəxri doktor adının verilməsi ilə bağlı qərarını oxuyub.
 
Rza Talıbova fəxri doktor diplomu və mantiya təqdim olunub.
 
"Batumi Dövlət Universiteti bu gündən mənim də universitetimdir”, – deyən Rza Talıbov Batumi Dövlət Universitetinin Elmi Şurasının üzvləri qarşısında çıxış edərək fəxri doktor diplomuna layiq görüldüyünə görə təşəkkür edib, bundan sonra da təhsil sahəsində əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini bildirib.
 
Sonra tədbirdə Rza Talıbovun gürcü dilində çapdan çıxmış "Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitabının təqdimatı olub.
 
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək deyib ki, kitabda Çin Xalq Respublikasının dünya siyasətində mövqeyi, həmçinin Asiya ölkələri ilə əlaqələri, Azərbaycan-Çin əməkdaşlığı geniş və hərtərəfli tədqiq olunub. Bu da tələbələr və bu sahədə araşdırma aparmaq niyyətində olan tədqiqatçılar üçün fundamental mənbə rolunu oynaya bilər.
 
Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov çıxışında bildirib ki, Rza Talıbovun "Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı qitə ölkələrinin dünya siyasətində və beynəlxalq xarici əlaqələrdəki yerinin və əhəmiyyətinin, həm də Azərbaycan Respublikası ilə əlaqələrinin dərindən tədqiq və təhlil edildiyi yüksək elmi-təcrübi əhəmiyyətə malik olan əsər kimi müasir siyasi elmimizin uğurlarından biri olmaqla, həm də beynəlxalq münasibətlər ixtisasında təhsil alan tələbələr, tədqiqatçılar, siyasətçilər, gənc müəllimlər üçün faydalı mənbədir.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dərslik kimi təsdiq etdiyi "Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitab yüksək ali məktəblərdə dərslik kimi istifadə olunur. Kitab, MDB ölkələrinin bir çoxunun ali məktəblərində də tədris olunur.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook