SON XƏBƏR

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin təşəbbüsü ilə “Xarici dillər gənclərin maraq dairəsində” mövzusunda elmi-praktik seminar keçirilib

Fevral 20
15:27 2019
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Tələbə Həmkarlar və Tələbə Elmi Cəmiyyətlərinin "Master Academy” Tədris Mərkəzi və "Elm” Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 2 fevral  - Azərbaycan Gəncləri Gününə həsr olunmuş "Xarici dillər gənclərin maraq dairəsində” mövzusunda elmi-praktik seminar keçirilib.
 
Tədbirdə "Elm” Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Səbuhi Abdullayev, Şərqşünaslıq fakültəsinin tədris işləri üzrə dekan müavini Cavanşir Məmmədzadə, Türk filologiyası kafedrasının müdiri professor Rüfət Rüstəmov və "Master Academy” tədris mərkəzinin müəllimi Cəmil Əliyev çıxış ediblər.
 
Onlar ölkə rəhbərliyinin gənclərə göstərdiyi diqqət və qayğıdan, gənclərlə bağlı müxtəlif layihələrin uğurla həyata keçirilməsindən, tələbələrin elm və təhsil sahəsində qazandığı uğurlardan, bu istiqamətdə dövlət dəstəyindən  bəhs ediblər.
 
Elmi-praktik seminarda xarici dillərin öyrənilməsi müasir gənclik qarşısında duran ən başlıca məqsədlərdən biri kimi xarakterizə olunub, Azərbaycan həqiqətlərinin şərq və qərb dillərində dünyaya çatdırılmasında ölkə gənclərinin rolundan bəhs edilib. Seminarda həmçinin xarici dillərin tədrisi və mənimsənilməsinə müasir texnologiyanın tətbiqi, yeni metodlardan istifadəyə dair fikir mübadiləsi aparılıb. İştirakçılar maraqlı məruzələrin dinlənilməsinə və faydalı fikir mübadiləsinin aparılmasına görə elmi-seminarın layihə rəhbəri Şərqşünaslıq fakültəsinin tədris işləri üzrə dekan müavini Cavanşir Məmmədzadəyə dərin təşəkkürlərini ifadə ediblər.

Qlobal.az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook