SON XƏBƏR

Bakı daha bir beynəlxalq festivala ev sahibliyi edəcək

İyun 26
06:41 2017
İyulun 13-dən 16-dək Azərbaycan Gənclər İttifaqı və Rəqs Assosiasiyası paytaxtımızda "Baku - Soul of Art” beynəlxalq rəqs və sənət festivalını keçirəcək.
 
Bu barədə məlumat Azərbaycan Rəqs Assosiasiyasının "facebook” səhifəsində yer alıb.
 
Dörd gün davam edəcək festival rəqsin milli və müasir istiqamətlərini, habelə Bakının ən gözəl yerlərinə ekskursiyaları əhatə edəcək. Festivalın sonuncu gününün tədbirləri Dənizkənarı Milli Parkda keçiriləcək.
 
Festival çərçivəsində uşaqları və böyükləri maraqlı əyləncə proqramları da gözləyir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook