Baba Rzayevin vəzifədən qovdurduğu rəis bir gün sonra işə bərpa edildi
İyun 03
20:05
2019
"Azərenerji” ASC-nin sədri Baba Rzayevin tələbi ilə vəzifəsindən azad olunan rəis bir gün sonra yenidən öz işinə bərpa olunub.
Məlumata görə, Rauf Əhmədovun vəzifəsindən uzaqlaşdırılmasına səbəb onun təklifi ilə ASC-nin sədr müavini Ramil Yusifovun bir neçə rəisin yerini dəyişməsi olub. "Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev isə Rauf Əhmədovun bu hərəkətindən narazı qaldığı üçün onun işdən çıxarılmasını tələb edib. Lakin hansısa səbəbdən onu yenidən işinə bərpa etmək məcburiyyəti yaranıb.
Xatırladaq ki, Oxu.Az saytı Şəmkir rayon elektrik şəbəkəsinin rəisi Vaqif Məmmədov Göygöl rayonuna, Qazax rayonun rəisi Elşad Məmmədov Ağstafa rayonuna, eyni zamanda, Ağıstafa rayon elektrik şəbəkəsinin rəisi Vasif Məmmədov Gədəbəyə, həmin rayonun rəisi Akif Səlimov Qazax rayonuna rəis vəzifəsinə təyinat alması ilə bağlı məlumat yaymışdı.