SON XƏBƏR

AzTV-nin xanım əməkdaşını rüsvayçı şəkilləri ilə şantaj edənin atası bələdiyyə sədridir

Avqust 10
15:58 2020
Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşını şantaj etdiyi üçün həbs edilən tanınmış televiziyaçının oğludur.

Qlobal.az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, həbs edilən 1982-ci il təvəllüdlü Yusif Şəfiyev tanınmış jurnalist və teleşərhçi, "ARB 24" televiziyasının sabiq rəhbəri, hazırda isə Baskal Bələdiyyə sədri olan Nadir Şəfiyevin oğludur.

Qeyd edək ki, AzTV-nin xanım əməkdaşı A.S. ilə (ad və soyad şərtidir) bir müddət tanışlıq münasibətində olan bir nəfər aralarındakı münasibətlər sona çatdıqdan sonra həmin xanıma məxsus sosial mediadan və şəxsi profillərindən əldə etdiyi şəkillərini montaj edərək rüsvayedici şəkillər hazırlayaraq qadının özünə göndərib və ondan dəfələrlə müxtəlif məbləğlərdə pullar tələb edib. Tələb etdiyi məbləğdə pulları ona ödəməyəcəyi təqdirdə həmin xanıma məxsus rüsvayedici şəkilləri ictimailəşdirəcəyi ilə hədələyib. Həmin şəxs xeyli miqdarda pulu əldə etdikdən sonra montaj edilmiş şəkilləri «aztvxana» adı ilə açdığı instagram səhifəsində paylaşıb.

Araşdırmalarla həmin şəxs - 1982-ci il təvəllüdlü Şəfiyev Yusif Nadir oğlu barəsində Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə cinayət işi başlanıb. Şəfiyev Yusif Nadir oğlunun törətdiyi cinayət əməli aparılmış ibtidai istintaq zamanı toplanmış sübutlarla tam təsdiq olunduğundan ona cinayət məcəlləsinin həmin maddəsi ilə ittiham elan edilməklə barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook