SON XƏBƏR

“Azərtoxum”un direktoru bıçaqlandı - Vəziyyəti ağırdır

May 30
14:15 2020
Bərdədə bıçaqlanma olub.

APA-nın məlumatına görə, hadisə rayonun Şərifli kəndində qeydə alınıb. Rayon sakini Məzahir Qasımov oğlu Şamil Qasımov ilə Orxan Fərəcbəyli arasında baş verən dava-dalaş zamanı onları ayırmaq istəyərkən bıçaqlanıb. O.Fərəcbəyli M.Qasımova 3 bıçaq zərbəsi endirib.

Xəstəxanaya yerləşdirilən M.Qasımovun vəziyyəti ağırdır.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Hadisəni törədən O.Fərəcbəylini saxlamaq hələlik mümkün olmayıb.

Qeyd edək ki, hadisə zamanı bıçaqlanan M.Qasımov "Azərtoxum” MMC-nin direktorudur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook