SON XƏBƏR

“Azərişıq”da Ramil Yusifovun qaranlıq kadr əməliyyatları - İttiham

May 10
14:12 2019
"Azərişıq” ASC-nin sədri Baba Rzayev "Azərenerji” ASC-yə prezident təyin ediləndən bəri onun keçmiş vəzifəsinə təyinat olmayıb.

Hələ ötən il sentyabrın 4-də ölkə prezidentinin sərəncamı ilə Etibar Pirverdiyev "Azərenerji”nin rəhbəri vəzifəsindən azad olunub. Onun yerinə prezidentin digər sərəncamı ilə "Azərişıq” sədri Balababa Rzayev təyin edilib. Artıq 8 aya yaxındır ki, "Azərişıq” sədri postuna təyinat aparılmayıb.

B.Rzayevin təyinatından sonra cəmiyyətdə "Azərişıq” ASC-nin də yenidən "Azərenerji”yə birləşdiriləcəyinə dair məlumatlar yayılsa da sonradan prosesin uzanması gəzən söhbələri arxa plana keçirdi. Düzdür yaxınlara qədər demək olar ki, adıçəkilən qurumda heç bir kadr islahatı həyata keçirilməsə də son günlər artıq sükut pozulub. Belə ki, etibarlı mənbələrdən aldığımız məlumata görə "Azərişıq”da müəmmalı kadr yerdəyişmələri həyata keçırilir. Daxil olan məlumatlarda bildirilir ki, sedr əvəzi Vüqar Əhmədov "güclü” kadr islahatlarına start verib. "Azərişıq”ın Qazax rayon şöbəsinin sədrini Ağstafaya, Ağstafa rayon şöbəsinin sədrini Gədəbəyə, Gədəbəy rayonununkunu Qazağa, Daşkəsəni Samuxa, Samux rayon şöbəsinin sədrini isə Daşkəsənə göndərib. Etibarlı mənbənin bildirdiyinə gorə bütün bunlar Vüqar Əhmədovun əmri ilə həyata keçirilsə də onun nə baş verdiyindən xəbəri yoxdur. Bildirildiyinə görə bütün bu "islahatlar”in arxasinda Azərişığın satış departamentinin rəis müavini Rauf adlı şəxslə "Azərişıq”in sədr müavini Ramil Yusifov dayanır. Həmçinin o da bildirilir ki, bu şəxslər keçmiş sədr Baba Rzayevin yaxin adamlarıdır. Araşdirmalarımız zamani o da məlum oldu ki, son kadr islahatları zamanı bütün rəhbər postlara kadrlar "Azərişıq” ASC-nin Nəsimi rayon şöbəsindən təyinatlar aparılır. Daha doğrusu kadrlar bu şöbədən gətirilir. Bütün bu müəmmalı kadr "islahatlarının” və yerdəyişmələrinin arxasıda gizlənən mətləblərdən görəsən sədr əvəzi Vüqar Əhmədovun xəbəri varmı?

Görəsən Vüqar Əhmədov həm də niyə bütün kadrların Nəsimi Rayon şöbəsindən gətirilməsinin fərqindədirmi?

Raufla Ramil Yusifovu birləşdirən "dəyər” nədir?

Bütün bu suallara cavab aramaq məqsədilə "Azərişıq” ASC-yə edilən bütün zənglərimiz cavabsiz qaldığından araşdırmalarımız davam edəcək.

P.S. Qarşı tərəfin mövqeyini dinləməyə haziriq.

Mənbə: Elchi.az
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook