SON XƏBƏR

“Azercell“ fırıldaqçılıqda günahlandırılır - Fotolar

Mart 30
20:44 2019
Tanınmış jurnalist, iqtisadçı Əli Əhmədov "Azercell Telekom" MMC-nin yeni fırıldağının üstünü açıb. 

Qlobal.Az xəbər verir ki, jurnalist bu barədə özünün "facebook" səhifəsində ətraflı məlumat verib:

O, "Azərcell"in yeni fırıldağını tapdığını bildirib:

"Deməli bunların MiFi aparatı var. İnterneti kəsilib, yeni pul yükləmişik. İki günə bitib. Operatora zəng edib soruşuruq ki, internet nə səbəbə yoxdur. Deyir, 90 gün ərzində ödəniş etməyəndə paketin yenilənməsi dayandırılır. Nəticədə bizim ödədiyimiz pul (hansı ki, aylıq 30 QB-a kifayət edirdi) paket kimi deyil, adi internet traffik kimi sərf olunub və cəmi iki günə bitib.

Fərqi izah edim – əgər bu pulla paket alınsaydı 30 QB almaş olacaqdıq, belə isə hər MB-a 40 qəpikdən hesablayıb tutublar. 

Paket internet alınanda isə 20 manata 30 QB işlənir. 1 MQ başa gəlir 0,07 qəpiyə. Belədə isə bizdən hər qəpiyə 40 qəpikdən hesabalayıblar. Təqribən 570 dəfə baha!

Deyirik bu barədə niyə məlumat verməmisiniz, deyir belə sms-i MiFi-dəki nömrəyə göndərmişik. O sms-i də oxumaq üçün ya xüsusi proqram yükləməlisiniz, ya da nömrəni (MiFi-dəki nömrəni) telefona daxil edib baxmalısınız. Deməli biz hər dəfə bu aparatın içərisindən simkartı çıxarıb telefona daxil etməliyik ki, bilək ki, Azercell bizə sms göndərib ya yox.

Deyirik, nömrəni alan şəxs, sizə kontaktlarını saxlayıb, bu sms-i ona niyə göndərməmisiniz? Deyir, belə sms-ləri MiFi-dək nömrəyə göndəririk. Bəs növrəni satan şəxsin kontaktları nə səbəbə götürülür, deyir basqa problemler olanda o nomre ile elaqe saxlayiriq. Mobil operatorların çox fırıldaqlarını görmüşdük, amma bu yenisidir deyesen.

Hele bir operatorun danisigi, elə bir yekexanaliqla danisir, ele bil zenglere cavab vermeye gore maasi o yox, biz aliriq".
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook