SON XƏBƏR

Azərbaycanlı xeyriyyəçi gənc 54 uşağı müsəlman etdi- Ukraynada

Yanvar 23
00:00 2017
Anar Allahverdiyev adlı azərbaycanlı xeyriyyəçi gənc Ukraynada kasıb ailələrin 54 uşağı sünnət etdirib.
 
Ukraynadakı mənbələrdən Qlobal.az-a verilən məlumata görə, əksəriyyəti Azərbaycandan və orta asiya dövlətlərindən olan bu uşaqların ailələri uzun illərdən bəri Ukraynanın Sloveçne, Olevsk və Luquni şəhərlərində yaşayırlar. 
 
Bildirilir ki, bu ailələrin sosial vəziyyətlərinin ağırlığından yaranmış problem Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Kiyevdə keçirilən tədbirdə Anar Allahverdiyevin diqqətinə çatdırılıb. Anar Allahverdiyev isə problemi qısa zamanda həll edəcəyinə söz verib. 
 
Yanvar ayının 18-də Sloveçno şəhərində azərbaycanlılara məxsus restoranda reallaşan sünnət tədbirində əlavə olaraq maddi problemləri olan 6 azərbaycanlı uşağın təhsil probleminin birdəfəlik həll edildiyi də bildirilir. 
 
Xatırladaq ki, Anar Allahverdiyevin əslən Şamaxı rayonundan olduğu deyilir. Onun MDB, Avropa və bir sıra ərəb ölkələri ilə biznes əlaqələrinin olduğu bildirilir. 
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook