SON XƏBƏR

Azərbaycanlı oyunçu Latviyada ilin futbolçusu seçilib

Dekabr 17
23:59 2016
Azərbaycan millisinin sabiq futbolçusu Vüqar Əsgərov  Latviya çempionatının I dəstəsində 2016-cı ilin ən yaxşı futbolçusu seçilib.

Qol.az-ın məlumatına görə, komanda.lv saytının  klub rəsmiləri, mətbuat nümayəndələri və Latviya Futbol Federasiyasının əməkdaşları arasında keçirilən sorğunun nəticəsində əsasən, o, bu ada layiq görülüb.

Qeyd edək ki, "Olayne" klubunun şərəfini qoruyan V.Əsgərov başa çatan mövsümdə 40 qol vurub. O, həmçinin mövsümün rəmzi komandasında yer alıb.

Əlavə edək ki, Sumqayıtda anadan olan V.Əsgərov  Berti Foqtsun dövründə millimizdə 3 oyun keçirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook